MTN-dən uzaqlaşdırılan generalların sayı 9-a çatdı - Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi də vəzifəsindən azad edildi
MTN-də Eldar Mahmudovun yaxın adamlarının vəzifədən kənarlaşdırılması prosesi davam edir.
Azinforum.az saytının bu gün yaydığı məlumata görə, sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi olan və MTN-də çox mühüm bir vəzifə tutan daha bir general - MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Ədalət Əsədullayev də vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.
Beləliklə, artıq son bir həftə ərzində vəzifələrindən çıxarılan generalların sayı 9-a çatıb.
Strateq.az indiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısını təqdim edir:
1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov;
2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;
3. MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova;
4. MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;
5. Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov;
6. Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov;
7. Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev;
8. MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev;
9. MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev...
Məlumatlara görə, yaxın günlərdə MTN-in daha bir neçə generalının da vəzifələrindən çıxarılaraq istintaqa cəlb ediləcəkləri, hətta bəzilərinin həbsə atılacaqları gözlənilir.