Hindistanda Qarabağ haqda separatçı erməni filmi mükafata layiq görüldü...

Hindistanda Qarabağ haqda separatçı erməni filmi  mükafata layiq görüldü...

Nə qədər ki, Xankəndindəki separatçı-terrorçu rejimin kökünü kəsməmişik, belə xəbərləri hələ çox eşidəcəyik...”
 Erməni rejissor Nora Martirosyanın Qarabağ haqqındakı separatçı-işğalçı ruhlu “Külək sakitləşəndə” bədii filmi Hindistanın Maharaştra əyalətində keçirilən 19-cu “Pune” beynəlxalq film festivalında (PIFF) “ən yaxşı beynəlxalq film” nominasiyasında Maharaştra hökumətinin “Prabhat” mükafatını qazanıb. 
 
Moderator.az xəbər verir ki, erməni mediası bu barədə Ermənistan milli film mərkəzinə istinadla məlumat yayıb.
 
Üzdəniraq film Fransa, Ermənistan və Belçikanın birgə istehsalıdır.
 
Film özünü “müstəqil” elan etmiş separatçı erməni rejiminin Xankəndində yeni tikdirdiyi hava limanına gələn Fransa hava limanlarının auditoru Allenin hekayəsindən bəhs edir. 
“Özünü düşmən dövlətlər və qeyri-sabit sərhədlərlə əhatə edən bu ölkə müstəqillik savaşından sonra yenidən ayağa qalxmağa çalışır. Allen bu hava limanının beynəlxalq açılış standartlarına cavab verib-vermədiyini düşünməlidir” –film haqda erməni saytlarının yazdığı xəbərdə belə deyilir.
 
P.S. Nə qədər ki, Xankəndindəki separatçı-terrorçu rejimin kökünü kəsməmişik, belə xəbərləri hələ çox eşidəcəyik...
 
Sultan Laçın

 

 






Fikirlər