20.05.2014. - Türk müğənni Bakıda film çəkəcək

20.05.2014. - Türk müğənni Bakıda film çəkəcəkHazırda Bakıda olan türkiyəli müğənni Əhməd Şəfəq Azərbaycanda film çəkəcək.

Bu barədə "AzerTaym.az" "aktual.az"-a istinadən məlumat verib:
“Sabah İstanbula qayıdıram. Filmə artıq hazırıq. Avqustun sonunda ilk səhnələri çəkməyə başlayacağıq. Sentyabrın əvvəlində çəkilişləri bitirməyi planlaşdırırıq. Rejissorlar Türkiyədən gələcək. Bundan başqa, 3 aktyor türk olacaq. Digər heyət üzvləri Azərbaycandan seçiləcək. Filmi Türkiyənin kino texnikasına uyğun çəkəcəyik. İnanıram ki, çox gözəl alınacaq”.-deyə sənətçi bildirib.

Film 1992-ci ildə real həyatda yaşanan hekayədən bəhs edir: “1990-cı illərin əvvəlindən bu günə qədər dövrü əhatə edəcək. Parçalanan ailə bütövləşəcək. Hər şey Türkiyədən gələn insanın Bakıya gəlişi ilə başlayacaq. O insanın öz problemləri var. Həm qızın, həm oğlanın iç dünyası açılacaq. Bu həm eşq hekayəsidir, həm də Qarabağla çox ciddi əlaqəsi olacaq”.






Fikirlər