Zelinskinin Avropa Parlamentində çıxışı: "Bizi heç kim sındıra bilməyəcək"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sessisyasında onlayn qaydada çıxış edir. Prezident bildirib ki, Ukrayna xalqı Avropa dəyərləri üçün öz canını fəda edir.

AzerTaym.az musavat.com-a istinadən xəbər verir ki, Zelenski Rusiyanın aqressiyasına təslim olmayacaqlarını, həyatda qalmaq, azadlıqlarını qorumaq üçün savaşdıqlarını bildirib:

“Bizi heç kim sındıra bilməz. Uşaqlarımızın yaşamasını istəyirik. Mənə elə gəlir ki, bu, ədalətlidir. Dünən 16 uşaq dünyasını dəyişib. Prezident Putin bir daha bunu “əməliyyat” adlandıracaq. Mən sual vermək istəyirəm, uşaqlarımız hansı zavodlarda, raketlərdə, tanklarda işləyirlər?

Bizim çox həvəsli xalqımız var - biz öz hüquqlarımız, azadlığımız, həyatımız üçün mübarizə aparırıq. Amma biz həm də Avropanın bərabərhüquqlu üzvü olmaq üçün mübarizə aparırıq. Bu gün biz, necə olduğumuzu göstəririk. Bizimlə Avropa Birliyi daha güclü olacaq. Sizsiz isə Ukrayna tək qalacaq. Gücümüzü sübut etdik, sübut etdik ki, ən azı sizinlə eyniyik. Bizimlə olduğunuzu sübut edin, həqiqətən avropalı olduğunuzu sübut edin. Və sonra həyat ölümə qalib gələcək, dünya isə qaranlığa.”

Bundan başqa prezident qeyd edib ki, hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz: "Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Uşaqlarımız harada işləyir ki? Hansı tankları sürürlər?

“Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək”, - deyə dövlət başçısı vurğulayıb.

Nitqinə “Yaşasın Ukrayna!” sözləri ilə son verən V.Zelenskinin çıxışından sonra deputatlar ayağa qalxaraq onu alqışlamağa başlayıb.

 

 






Fikirlər