Moskva Bakıya mane ola bilməyəcək - Bakı istəyinə çatır: Qarabağ tamamilə ...

Moskva Bakıya mane ola bilməyəcək - Bakı istəyinə çatır: Qarabağ tamamilə ...

"Rusiyanın son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində fəallaşması bilavasitə 7 aprel tarixində keçirilmiş Brüssel görüşünün nəticələri və həmin görüşdən sonra yaşanan dinamika ilə bağlıdır".

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Ermənistandakı etirazlara baxmayaraq hadisələr Bakının istədiyi məcrada inkişaf edir:

"Bildiyiniz kimi, Brüssel görüşündə həm sərhədlərin delimitasiyası, həm də yekun sülh razılaşmasının həlli istiqamətində çox ciddi razılaşmalar əldə olundu və hətta o görüşdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa təmas da yaradıldı və Moskva tərəfindən bu proseslər diqqətlə izlənilirdi. Yəni Rusiya görürdü ki, artıq sülh danışıqları prosesi onun yox, qərbin patronajlığı altında həyata keçməkdədir. Bu, təbii olaraq regionda geosiyasi ambisiyaları olan bir ölkə üçün təbii, qəbul edilməz hesab olunacaqdır. Ona görə də Moskvanın son vaxtlar bir fəallaşdığını görməkdəyik. Həm də Moskva onu başadüşür ki, bu proses qarşısıalınmazdır

Əgər regionda təsir imkanlarını qoruyub saxlamaq istəyirsə, Ermənistan və Azərbaycan arasında artıq əsası qoyulmuş sülh danışıqları mərhələsində effektiv bir oyunçuya çevrilməlidir. Yəni destruktiv yanaşmalara artıq yer yoxdur. Rusiya tərəfi əgər regionda təsir imkanlarını qoruyub saxlamaq və yaxud da artırmaq istəyirsə, mütləq şəkildə sülh danışıqları prosesində fəal rol oynamalıdır.

Xüsusən, son vaxtlar Ermənistanda baş verən hadisələr konteksindən yanaşsaq, biz nəticədə Ermənistanda baş verən hadisələrin heç bir perespektivinin olmadığını gördük. Yəni revanşistlər bütün ölkə boyu mitinqlər təşkil etdilər, etiraz aksiyaları həyata keçirdilər, amma bunun ümumi gedişata ciddi təsiri olmadı. Təbii, biz revanşistlərin, Ermənistandakı radikal müxalifət dairələrinin də Moskvadakı bəzi siyasi dairələr tərəfindən idarə olunduğunu bilirik. Amma həmin qüvvələri dəstəkləmək və yaxud da sülhü sabotaj etməyə yönəlmiş bəzi addımlar atmaq Rusiya tərəfinə heçnə qazandırmayacaq. Bunu Moskva çox gözəl bilir. Ona görə də artıq sülh danışıqları prosesində daha fəal rol oynamaq vaxtının gəlib çatdığını Moskva görməkdədir.

Bu səbəbdən də Düşənbədə Sergey Lavrovla Ceyhun Bayramov arasında belə bir görüşün təşkilinə nail olundu. Deyim ki, həmin görüşün nəticələrini də biz qismən müsbət, uğurlu qəbul edə bilərik. Çünki yaxın vaxtlarda birgə işçi komissiyasının həm sərhədlərin delimitasiya prosesi, həm də sülh razılaşması ilə bağlı fəaliyyətə başlayacağı barədə qərar qəbul olundu. Bunun özü Brüsselə mesajdır ki, mən də bu prosesin içində varam, yəni "təkcə sən bu sülh prosesini dəstəkləmirsən, mənim özüm də burada aktiv geosiyasi oyunçu kimi iştirak edirəm".  

Azərbaycan onsuz da istəyinə nail olacaq

Azərbaycan dövləti qalib dövlətdir və danışıqlar masasında da şərtləri diqtə edən tərəfdir. Hansısa beynəlxalq siyasi dairənin və yaxud da ki, Ermənistandakı bəzi siyasi qüvvələrin destruktiv yanaşmalarına baxmayaraq hadisələr Azərbaycanın istədiyi məcrada inkişaf etməkdədir. Baxmayarq ki, ötən il yarım ərzində müxtəlif provokativ addımlar oldu, sülhü sabotaj edən bir çox cəhdlər oldu, amma diqqət yetirsəniz görərsiniz ki, hər şey Azərbaycanın istədiyi istiqamət üzrə inkişaf edib. Yəni, epizodik hadisələr hadisələrin ümumi inkişaf dinamikasına böyük ölçüdə təsir etməyibdir. 

XİN rəhbərləri arasında keçirilən görüşü yekun sülh razılaşmasına gedən istiqamətdə bir uğur kimi qəbul edə bilərik. Xüsusən, biz Rusiya tərəfinin bu istiqamətdə fəallaşmasını müsbət qiymətləndirməliyik. Çünki Ermənistanda Rusiyanın çox böyük təsir imkanları var. Bəli, Qərbin bir vasitəçi olaraq xüsusən Avropa ittifaqının bir vasitəçisi olaraq fəal rol oynaması bizim üçün çox məqbuldur. Biz Qərbin də bu prosesdə iştirakını məqsədə uyğun hesab edirik və bunu yüksək qiymətləndiririk, amma başqa bir reallıq var ki, Rusiya dövləti Ermənistana çox böyük təsir imkanlarına malikdir və Ermənistan hakimiyyəti heç vaxt müstəqil qərar qəbul edə bilməz. Yəni yalnız Qərbin vasitəçiliyi ön planda olsa, Rusiya Ermənistan vasitəsilə prosesləri başqa bir istiqamətə sürükləyə bilər. Buna görə də Rusiyanın yeni reallıqda sülh danışılqarı prosesində bir vasitəçi, orbitr olaraq iştirak etməsi bizim üçün müsbət qiymətləndirilə bilər".






Fikirlər