İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutması Ermənistan tərəfindən birgə Bəyanatın şərtlərinin dəfələrlə kobud şəkildə pozulması deməkdir. Məğlub Ermənistana ordusunun real vəziyyətini bir daha xatırlatmaq üçün yaranan imkandan istifadə etməliyik.
Bunun üçün Əsgərimizə təhdid törədən düşmən mövqelərinin külü havaya sovrulmalı, həmin mövqelərində üçrəngli Bayrağımızın dalğanmalıdır. Qərbi Zəngəzurumuzun 50-60 km. km ərazisi, xüsusilə də su hövzələri və mənbələri mövcud olan istiqamətlərə nəzarət etmək, Azərbaycanın maraqları çərçivəsindədir. Sərhəd çəkilməyənə qədər hər açılan düşmən gülləsinə, Qərbi Zəngəzur torpaqlarının azad edilməsi ilə cavab verməliyik.
Əks halda atəşkəs pozulması ilə bağlı xoşagəlməz və təhlükəli ənənə uzun müddət davam edə bilər.
Ədalət Verdiyev, hərbi ekspert