TƏCİLİ! Kremlin planı ÜZƏ ÇIXDI - Ukraynanı ayağa qaldıracaq
Ukrayna sərhədləri daxilində 4 bölgədə Rusiyanın tərkibinə daxil olmaq üçün referenduma dəstək verən Moskvanın planı bəlli olub. Musavat.com xəbər verir ki, Moskvada çıxan “Vedomosti” qəzeti referendumun davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb. Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə əsaslanaraq yayımlayıb. "HEÇ ŞÜBHƏ YOXDUR..." Rusiyalı senator Sergey Tsekov "RİA Novosti"yə bildirib ki, yeni federal dairənin yaradılmasına "heç şübhə yoxdur": "Amma adla bağlı müxtəlif versiyalar var". Bu gün başa çatacaq səsvermə Qərb dövlətləri və Kiyev tərəfindən "saxtakarlıq" kimi qiymətləndirilib və nəticələrin tanınmayacağı elan edilib. Xatırladaq ki, Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və bu torpaqlar 97 faiz lehinə səslə Rusiyaya ilhaq edilib. Lakin bir çox ölkələr hələ də Krımı Ukrayna ərazisi kimi tanıyır. PUTİNDƏN YENİ AÇIQLAMA Rusiya prezidenti Vladimir Putindən Ukraynanın 4 bölgəsində keçirilən "Rusiyaya qoşulma" referendumu ilə bağlı diqqətçəkən açıqlama gəlib. AFP-nin son xəbərinə görə, Putin bildirib ki, Rusiya Ukraynanın Moskvanın nəzarətində olan 4 bölgəsində "xalqı xilas etmək" istəyir. “Bu referendumun keçirildiyi regionlarda insanların xilası bütün cəmiyyətimizin və ölkəmizin diqqət mərkəzindədir”, - Rusiya lideri bildirib.Rusiyaya birləşmək üçün Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirilən referendumun son günündə Rusiya mətbuatından maraqlı bir iddia gəlib... Ölkə mətbuatı Moskvanın son məqsədini açıqlayıb