Seçkilər ikinci tura qalsa, necə OLACAQ?

Seçkilər ikinci tura qalsa, necə olacaq?

Türkiyədə prezident seçkilərinin nəticələri sayılmaqda davam edir.

 “Qafqazinfo” xəbər verir ki, bu məqamda seçkilərin ikinci tura qalma ehtimalı müzakirə edilir.

Bəs seçkilər ikinci tura qalsa, nə baş verəcək?

Məlumat üçün bildirək ki, ikinci tur baş verəcəyi halda, bu zaman ən çox səs qazanmış iki namizəd mübarizə aparacaq. Yəni, seçicilər iki namizəd arasında seçim edəcək. Səsvermənin nəticəsinə əsasən, ən çox səs qazanmış namizəd Türkiyənin 13-cü Prezidenti olacaq.

Qeyd edək ki, ikinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir.

Onu da əlavə edək ki, seçkilər ikinci tura keçəcəyi təqdirdə seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedəcəklər. Seçicilərin birinci turda istifadə etdikləri səsvermə bülletenləri ikinci turda da etibarlı olacaq. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.






Fikirlər