“Vaqner”in taleyi BƏLLİ OLDU - Lavrov canlı yayında AÇIQLADI...

"Vaqner" muzdlu qruplaşması həftə sonu yatırılan üsyana baxmayaraq, Mali və Mərkəzi Afrika Respublikasında əməliyyatlarını davam etdirəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün canlı yayında bildirib.

"Vaqner üzvləri orada təlimçi kimi çalışırlar. Təbii ki, bu iş davam edəcək" - Lavrov Russia Today-yə müsahibəsində deyib.

Qeyd edək ki, ötən gün Rusiyada muzdlu hərbi qrup olan "Vaqner" rəhbərliyə üsyan edərək dövlət çevrilişinə cəhd göstərib. Rusiya lideri Putin 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən "Vaqner"i xəyanətdə günahlandırıb. Tərəflər dünən axşam saatlarında razılığa gəliblər. Belarus lideri Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatıb. Priqojin "rus qanını tökməmək məsuliyyəti ilə" geri çəkildiklərini açıqlayıb.






Fikirlər