Rusiya-Belarus böhranı dərinləşir – Həbs edilmiş “Vaqner” əməkdaşları seçkiqabağı Belarusda nə etmək istəyirdilər?
Hurriyyet.org xəbər verir ki, Belarusda 9 avqustda keçiriləcək prezident seçkilərinə müdaxilə ittihamı ilə 30 nəfərdən artıq “Vaqner” muzdlu hərbçisi yaxalanıb. Bu həbslər iki ölkə arasında gərginlik yaradıb. Yaxalanmış Rusiya muzdlu hərbçilər istintaq zamanı ziddiyyətli ifadələr veriblər. Belarus kəşfiyyatının rəhbəri Aleksandr Aqafanov həbslərlə bağlı açıqlamasında deyib: “Hərbi geyimdə olan şübhəlilər bir-birinə zidd olan ifadələr veriblər. Onlardan 11 nəfəri Venesuelaya, 15 nəfəri Türkiyəyə, 2-si Kubaya, 1 nəfəri də Suriyaya getməyi planlaşdırdıqlarını söyləyiblər”. Belarus prezidenti Aleksandr Lukaşenko bu məsələ ilə bağlı belə deyib: “Seçkilərdən əvvəl aranı qarışdırmaq üçün gəliblər. Müdaxiləyə hazırlaşırdılar”.