Rusiya və Belarus prezidentləri ARASINDA MÜBAHİSƏ - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə Minsk üçün təbii qazın qiyməti ilə mübahisəsindən sonra “görüşün ev sahibi” Vladimir Putin qarşısında üzr istədiyini bildirib. Aleksandr Lukaşenko bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib: “Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi. Eşitməsəz yaxşıdır. Gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəyik”. Belarusiya prezidenti Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında “Qazpromun” Belarus üçün təbii qaz ixracı tarifinin hər 100 kilometrə 1000 kub metr qazın ötürülməsi $3 olduğu halda, Rusiya daxili tarifində $1 olduğunu qeyd edib.