AZƏRBAYCANLI MHP LİDERLİYİNƏ NAMİZƏD OLDU - VİDEO

 

090

 Türkiyənin Milliyətçi Hərəkat Partiyasının İğdırdan olan sabiq millət vəkili Sinan Oğan partiya liderliyinə namizədliyini açıqlayıb. Mətbuat konfransı keçirən Sinan Oğan partiya rəhbərliyindən qurultayın çağırılmasını tələb edib.
MHP İntizam Komitəsinin qərarı ilə bu ilin avqustunda partiyadan çıxarılan, lakin 1 noyabr parlament seçkilərindən sonra məhkəmə qərarı ilə MHP-yə qayıdan Sinan Oğanla yanaşı Meral Akşenerin də sədrliyə namizəd olacağı gözlənilir.
Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğanın 48 yaşı var. O, 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 






Fikirlər