SENSASİYA: Bakı sakinləri prezidentliyə namizədləri TANIMIR! - bir nəfərdən başqa
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Artıq prezidentliyə namizədliyini irəli sürən şəxslərin sayı 7 nəfərə çatıb. Onlar Prezident İlham Əliyev (Yeni Azərbaycan Partiyası), Fazil Mustafa (Böyük Quruluş Partiyası), Elşad Musayev (Böyük Azərbaycan Partiyası), Zahid Oruc (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Razi Nurullayev (Milli Cəbhə Partiyası), Fuad Əliyevdir (1 apreldə özünü buraxan Azərbaycan Liberal Demokrat Partiyası). Bəs Bakı sakinləri prezidentliyə namizədlərdən kimləri tanıyır, onların bu seçkidə şanslarını necə dəyərləndirirlər? TV Musavat bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib, onların rəyini öyrənib. Hazırladığımız videosorğunu təqdim edirik: