Hansı PARTİYALAR MALİYYƏ HESABATI verib? - MSK açıqladı + SİYAHI

Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların bir qisminin adı açıqlanıb.

AzerTaym.az "Report”a istinadən xəbər verir ki, adları açıqlanan partiyaların sayı 19-dur.
Bunlar Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, "Azərbaycan Mübarizləri” Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və "Milli Vəhdət” Partiyasıdır.
Ümumilikdə isə MSK-ya maliyyə hesabatı təqdim edən partiyaların sayı 30-a yaxındır.
Qeyd edək ki, Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

 






Fikirlər