16 siyasi partiya MSK-ya illik maliyyə hesabatı təqdim etməyib - SİYAHI
Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 39-u Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. "Report"un xəbərinə görə, hesabat təqdim etməyən partiyaların sayı 16-dır. Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan msk Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb. İllik maliyyə hesabatı təqdim edən partiyaların sırasında ƏIi Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) var. Xatırladaq ki, AXCP 2015-ci ildə keçirdiyi qurultayın sənədlərinin dövlət reyesterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik bəzi mübahisəli məsələləri əsas gətirərək bundan imtina edib. Əli Kərimlinin sabiq müavini Razi Nurullayev də AXCP adına iddia edərək təşkilat yaradıb. AzerTaym.az