Prezidentliyə namizədliyin qeydə alınması üçün VAXT BAŞA çatır
Azərbaycanda 11 aprel tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi müddəti sabah-martın 12-də başa çatır. Modern.az xəbər verir ki, prezident seçkiləri ilə bağlı təsdiqlənmiş Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək təqdim edilməlidir. Bu müddət isə 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək dövrü əhatə edir. Həmçinin, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti martın 12-də bitir. Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev;
Qeyd edək ki, bu günədək MSK 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar aşağıdakı şəxslərdir:
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;
Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev;
Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev;
Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev;
"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev.