MSK İlham Əliyevin PREZİDENTLİYƏ namizədliyini QEYDƏ ALDI

MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevinnamizədliyinin qeydə alınması məsələsinə baxılıb.
AzerTaym xəbər verir ki, məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.






Fikirlər