İlham ƏLİYEVİN səlahiyyətli NÜMAYƏNDƏLƏRİ OLDULAR...

İlham Əliyevin səlahiyyətli nümayəndələri oldular

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb. 

"AzerTaym.az"-ın  məlumatına görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur.   

Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub. 






Fikirlər