YAŞASIN Sinan OGAN!
Türkiyə Böyük Mİllət Məclisinin sabiq üzvü Sinan Oğan Milliyətçi Hərəkat Partiyasının başkanı olmaq iddiasını irəli sürüb. Əslində, normal bir xəbərdir və orada bu partiyanın başkanlığına iddialıların bir siyahısı meydana çıxıb. Sinan Oğan isə bizim üçün xüsusi maraq doğurur, ona görə ki, o, Azərbaycanla bağlıdır. Təkcə ona görə yox ki, əslən İqdırlıdır və elə Türkiyə Böyük Mİllət Məclisinə də MHP-nin siyahısı üzrə İqdırdan seçilmişdi. Son növbədənkənar və ondan əvvəlki seçimlərdə isə Sinan Oğanın namizədliyi partiya siyahısına daxil edilmədi və bundan sonra onun MHP başkanı Devlet Bahçeli ile münaqişəsinin olduğu xəbərləri yayıldı. Sinan Oğan partiyadan xaric edildi, amma məhkəmə qərarı ilə geri döndü. Bildiyimiz qədər, bu da Türkiyə üçün yenilik deyil və bir çox hallarda partiyadan Nizamnamə pozuntuları ilə kənarlaşdırılan adamlar məhkəmə yolu ilə geri qayıda bilirlər. Sinan Oğan üçün isə bu, xüsusilə önəmli idi, çünki, o, partiya üzvlüyünə bərpa olunduqdan sonra dərhal başkanlıq iddiasını irəli sürdü. Bu, əlbəttə, olduqca sayğılı bir mövqedir. Şübhəsiz, güman edirik ki, o, Azərbaycanın Daspora Komitəsindən sədaları yüksələn korrupsiya söhbətlərinə də bulaşmış birisi olmamamılıdır, hesabla. Ən azından, ona görə ki, Azərbaycan oliqarxları Türkiyədə iş görmək istəyəndə, elə özləri birbaşa iş görə bilirlər, lobbi dəstəyinə ehtiyac olmur və Türkiyədə əhalinin yüzdə 70-dən çoxunun Azərbaycanı qardaş ölkə hesab etməsinin də Türkiyədəki Azərbaycan təşkilatları ilə elə bir əlaqəsi yoxdur. İnanırıq ki, sayğılı Sinan bəyin də bu sahədə xidmətləri yorucu olmayıb. Yorucu olmayan bu xidmətin müqabilində Azərbaycan tərəfi də zamanında, məsələn (bu hökumətin daxilində çoxlu korrupsiya tərəfdarlarının olmasına baxmayaraq, Sinan Oğanı bizim hökumətə platonist bağların bağladığını güman etməliyik) onun seçki kampaniyasının təşkilində “hörmətli” qatqılarda bulunub. O zaman Türkiyədə bəzi KİV-lər yazırdılar ki, Sinan Oğanın seçki kampaniyasının “pik” nöqtəsi İqdırdakı Heydər Əliyev parkında seçicilərə şirniyyatlı xitab olub… Qoy, onunla da Ərdoğan uğraşsın. Azərbaycan hökuməti ilə Türkiyə müxalifətinin birliyi isə olduqca böyük bir tarixi izdivac olardı. “Bir millət- iki dövlət” Formulu “Valdai” Forumundan daha tutarlı olmalı deyilmi? İqtidarı bizdən, müxalifəti isə Türkiyə cəmiəsindən! “Bir millət- iki dövlət” formulasına elə bu şəkildə daha bitkin bir məzmun vermək üçün əla bir fürsət yaranıb! Fərda Uğur
Az əvvəl qeyd etdik ki, Sinan Oğan Azərbaycanla əlaqəli şəxsdir. Həm də, lap 90-cı illərdən. O zamanlar Sinan Oğan Bakıda TİKA-nın təmsilçisi kimi işləyirdi və onu tez-tez Bakı bulvarında xüsusilə xoşladığı itlə gəzintidə görərdilər. Sinan bəy, bu baxımdan konservativ təfəkkürlü milliyətçi-ülküçü sayılmazdı, bir az daha modern idi.
Azərbaycanla xüsusi əlaqələri həm də ona görə genişləndi ki, onu Azərbaycan diasporunun təmsilçilərindən biri kimi qəbul etdilər. Elə, bu xidmətlərinə görə də (başqa hansısa xidmətlərin ola biləcəyini təsəvvür etmək istəməzdik) onu 2011- ci ildə “Tərəqqi” medalı ilə təltif etdilər. O zamanlar Sinan Oğan millət vəkili idi.
Etiraf etməliyik ki, 2011-ci ildə, Türkiyə Böyük Millət Məclisinin bir üzvünün, qonşu ölkədə ciddi siyasi iddiaları olan birisinin “Tərəqqi” medalı ilə təltif edilməsi gözlənilməz olmalı idi. Çünki, bu medal təqdim edilən ranqa uyğun deyildi. Doğrudur, Sinan bəy xüsusi həvəslə “İlham Əliyevin mənə “Tərəqqi” medalı verməsi mənim üçün böyük qürurdur”- demişdi, amma bunu yanlış təsəvvürlərlə izah etmək olar. Yəni, Azərbaycana nə qədər yaxın olsa da, “Tərəqqi” medalının kimlərə və hansı qaydada verildiyini bilməyə bilərdi. Gerçək budur ki, Azərbaycanda bu medalı daha çox dəmiryolçulara, fəaliyyətində fərqlənidirilməsi məsləhət görülən həkimlərə, müğənnilərə,.. verirlər və qətiyyən, yüksək dövlət mükafatı sayılacaq bir şey deyil. Təsadüfi deyil ki, Sinan Oğanın təltif edildiyi həmin mərasimdə Türkiyədən olan müğənni Ahmet Şafak da bu “Tərəqqi” ilə mükafatlandırılmışdı. Düşünürük ki, o zaman Sinan bəyə qarşı haqsızlıq edilib. Əslində, qonşu ölkədə ciddi siysi iddiaları olan bir nəfərə “Tərəqqi” medalını vermək bu anlama gələ bilər ki, “sən bizim adamımızsan, amma əhəmiyyətini də hələ sübut etməlisən”. Buna görə də, düşünmək olar ki, sayğılı Sinan bəyə sonrakı medallardan biri də verilə bilər.
Sinan bəy, göründüyü kimi, həm də ya Rusiya üzərindən Azərbaycana, ya da Azərbaycan üzərindən Rusiyaya bağlıdır.
Deyəsən, sayğılı bəy nə zamansa Moskva universitetlərinin birində hansısa bir kursu bitirib və rusca danışa bildiyini də söyləyirlər. Bioqrafiyasında yazıldığına görə, Sinan Oğan Rusiyanın nüfuzlu “Valdai” Forumunun üzvlərindən biridir. Rusiyada bu cür “nüfuzlu forumların nələri və nəyə görə müzakirə etdiyini kəsinliklə aydın təsəvvür etmək olmur. Üstəlik, məsələn, belə bir heyətlə:
sabiq müdafiə naziri Sergey İvanov, prezident administrasiyasının rəhbərinin müavini Vladimir Voronin, bir müddət Rusiyanın prezidenti vəzifəsini daşıyan baş nazir Dmitri Medvedev, Rusiya baş nazirinin müavini olan İqor Şuvalov, Xarici İşlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin… Belə çıxır ki, ruslar bu “nüfuzlu” (əslində isə nüfuzunun nə ilə izah edildiyi bəlli olmayan) Foruma yetərincə korrupsioner və yetərincə də “Sergey” daxil ediblər. “S” hərflərinin alliterasiyasını nəzərə alsaq, Sinan bəyin də bu Foruma dəvət almasını anlamaq olar.
Ruslar bu cür mötəbər məclislərdə əcnəbiləri iki halda xüsusi maraqla görmək istəyirlər: ya “toy generalı” kimi, ya da xüsusi xidmət orqanlarının strateji niyyətləri altında. Sinan bəyin bu iki kateqoriyadan birisinə uyğun gəldiyini söyləyə bilmərik. Hesab edək ki, onu, məslən, Medvedevlə və ya Jirinovski ilə yaxşı münasibətləri olduğuna görə daxil ediblər.
Qayıdaq, Azərbaycana. Azərbaycan diasporasının inkişafında xüsusi xidmətləri olan və buna görə “Tərəqqi” medalı ilə təltif edilən Sinan Oğanın diaspora işindən hansı uğurlara imza atdığını söyləmək o qədər asan deyil. Türkiyədə Azərbaycanın maraqlarının lobbi xidmətini təmsil edən 50-dən çox təşkilat var və onların əksəriyyətində rəhbərlik, ya da elə rəhbərlikdən ibarət olan bütün yığcam heyət Türkiyə vətəndaşları olan azərbaycanlılardır.
Bizim bildiyimizə görə, Avropa ölkələrinin də çoxunda Türkiyə vətəndaşları olan azərbaycan türkləri “Azərbaycan kültür dərnəkləri” yaradıb işləyirlər, nə iş gördükləri bəlli deyil, kimin mənafelərini təbliğ etdikləri anlaşılmır, amma hər halda, ən azından, bütün Avropanı bürüyən dönərxaların ən azı 15 faizində Azərbaycan haqqında vaxtaşırı söhbətlər edirlər. Sinan Oğan isə Türkiyədə Azərbaycan hakimiyyətinin maraqlarının təmsilçisi kimi tanınır.
Hesab etmək olar ki, Sinan Oğanın MHP- də başkanlığa dartılması Azərbaycan hökuməti üçün çox faydalı olar. Elə bilərik ki, orada qüdrətli bir partiyamız var, o boyda ölkənin daxili siyasi müstəvisində bizim hökumətin sevgilərindən bəhrələnən bir müxalifət partiyası niyə olmasın ki? Zatən, rəsmi məqamların səsləndirdiyi mülahizələrə görə Azərbaycanda müxalifət yoxdur, qalmayıb. Buna görə də, Türkiyədə müxalif platformada dayanan bir partiyamızın olması lap yerinə düşər.
Yaşasın Sinan Oğan!