Navalnının arvadının Münxendə Putin əleyhinə çıxışı ayaqüstə ALQIŞLANDI - VİDEO

Aleksey Navalnının həyat yoldaşı ictimai xadim Yuliya Navalnaya ərinin ölümü ilə bağlı yayılan xəbərləri şərh edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.

“Rusiya hökumət mənbələrindən aldığımız bu dəhşətli xəbərə inanıb-inanmayacağımı bilmirəm. Biz uzun illərdir ki, Rusiya Prezidenti Vladimir Putinə və onun hökumətinə etibar etmirik. Çünki həmişə yalan danışıblar. 
Amma bu, doğrudursa, mən istəyirəm ki, Putin və onun ətrafındakı hər kəs bilsin ki, ölkəmizə, mənim ailəmə qarşı etdikləri hər şeyə görə cavab verəcəklər. Və bu, çox yaxın zamanlarda baş verəcək”, - deyə Navalnaya bildirib.

Daha sonra Y. Navalnaya konfrans iştirakçılarını bir yumruq kimi birləşməyə çağırıb: “Mən bütün dünya ictimaiyyətini, bu zalda olan hər kəsi, bütün dünyadakı insanlara səslənirəm ki, gəlin, birlikdə birləşək və bu şər üzərində qələbə qazanaq. 

Rusiyada olan hazırki dəhşətli rejimi məğlub edək. Bu rejim də, Vladimir Putin də son illər mənim ölkəmə, bizim ölkəmizə, Rusiyaya qarşı etdikləri bütün dəhşətli işlərə görə məsuliyyət daşımalıdırlar.

Navalnayanın çıxışını konfrans iştirakçıları ayaqüstə alqışlayıblar.








Fikirlər