Ermənistanda hakimiyyətdə qalmaq üçün “etnik təmizləmə” kartından istifadə edilir - yazıçı Anar - VİDEO - FOTO

"Tofiq Abbasovla dialoq" analitik video layihəsinin növbəti buraxılışı "Baku Network" ekspert platformasında yayımlanıb.

AzerTaym.az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı görkəmli ictimai xadim, yazıçı Anar (Anar Rzayev) olub.

"Ermənistanda hakimiyyətdə yalnız millətçi kartı oynayanlar qalır. Ona görə də Ermənistan hökuməti qondarma "etnik təmizləmə" kartından istifadə edir".

Yazıçı qeyd edib ki, Ermənistanda onlar mifologiya aləmində yaşayırlar.

"Onlar özləri uydurduqları miflər içində yaşayırlar. Əgər həyata, vəziyyətə, coğrafiyaya ayıq baxışları olsaydı, ilk növbədə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağın lazım olduğunu başa düşərdilər. Əgər Ermənistanda bu şüur ​​nə vaxtsa qalib gəlsə, o zaman Cənubi Qafqazda sülh olacaq", - yazıçı Anar əlavə edib.

Verilişin tam buraxılışını oxucularımıza təqdim edirik:

 






Fikirlər