Qüdrət Həsənquliyevin partiyası adını dəyişdi ...
Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adını dəyişib. AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib. Partiyanın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub. Partiya dəyişikliyin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.