TÜRK GENERALDAN ŞOK AÇIQLAMALAR - "Rəisi buna görə öldürüldü, hədəfdə..."
"Suriya və İraq parçalanıb,növbəti hədəf İran və Türkiyədir...Suriyanın şimal ərazisində “terror” dövləti qurmaq planlanır" “Qəzzadakı vəhşiliklər, İran lideri İbrahim Rəisinin şübhəli şəkildə öldürülməsi və PKK-ya terror dövləti qurmaq üçün atılan addımların ortaq bir məqsədi var: İsraili sərhədimizə gətirmək”. “AzPolitika” xəbər verir ki, bunu Türkiyənin təqaüddə olan briqada generalı Fahri Erenel “Türkiyə Gazetesi”nə açıqlamasında bildirib. O, iyunun 11-də PKK terror təşkilatının Suriya qolu olan SDG-nin Fəratda keçirəcəyi qondarma seçkini PKK-nı silahlandırıb Suriyaya gətirən qüvvələrin son addımı kimi qiymətləndirib. “Əsl plan İsraili Türkiyə sərhədlərinə daşımaqdır. Qlobal aktyorlar PKK-nı alət kimi istifadə edirlər. Bu metod “strateji çaşqınlıq” adlanır. Qərb imperialistləri regionda yaranmış xaos ab-havasını peyk dövlətlər qurmaq üçün bir fürsət kimi görürlər. Rəisinin Xudafərində verdiyi mesajlar, Türkiyənin bölgədəki terror əməliyyatları, İranın son dönəmlər enerji ticarəti təşəbbüsləri ilə bağlı verdiyi mesajlar əhəmiyyətli idi. İnkişaf Yolu Layihəsi, Suriyada artan “terroristan” təhlükəsi, Zəngəzur dəhlizi və Türk Dövlətləri Təşkilatının inkişafı, Aralıq dənizi hövzəsi ilə bağlı gedən proseslər tarixi hadisələr idi. Reallıq budur ki, Suriya və İraq parçalanıb. Məlumdur ki, növbəti hədəf İran və Türkiyədir. Mərkəzində İsrailin dayandığı bu bölgənin yenidən dizayn layihəsi çərçivəsində İraq, İran və Suriyada yaxın gələcəkdə təəccüblü proseslər gedəcək. Aydındır ki, yeni dövlətlərin əsasları qoyulur”,-deyə o bildirib. General Türkiyə lideri Ərdoğanın “İsrail dayandırılmazsa Anadoluya göz dikəcək” sözlərini sitat gətirib və təhlükənin yaxınlaşdığı ilə bağlı xəbərdarlıq edib:“Artıq keçilməmiş qırmızı xətt qalmayıb. DAEŞ-dən istifadə edilib, atılıb. İndi onlar PKK-dan istifadə edərək, İsrailin bizim sərhədlərimizə gəlməsini təmin edirlər. İşğalçı İsrail rejimi bizə yaxınlaşmaq, qonşumuz olmaq niyyətindədir. 11 iyun seçkiləri Böyük Yaxın Şərq Layihəsindən fərqlənmir. Rəisi və xarici işlər nazirinin son təşəbbüslərimizi tərifləyən mesajlarına baxanda onların öldürülmə ehtimalının çox yüksək olduğunu görürəm. Çünki Qərb parçalanmış İran istəyir və onlar bu məqsədlərindən əl çəkməyəcəklər”. “Təbii ki, 70 faizini ərəblərin təşkil etdiyi və ən mühüm neft, su və əkinçilik sahələrinin olduğu Suriyanın şimal ərazisində “terror” dövləti qurmaq planlanır. Həmçinin bölgədə buna bənzər peyk dövlətlər də yaratmaq istəyirlər. Bu dövlətlərin hamısı İsraillə qardaşlıq xüsusiyyətinə sahib olacaq. Onlar müxtəlif strukturlar yaradaraq bir növ mühafizə strategiyası ilə hərəkət edəcəklər. Türkiyə bu seçki oyununu pozmalıdır”,-deyə general əlavə eidb.