Ərdoğandan Putun və Ruhani qarşısında ÜÇ ŞƏRT

Ərdoğandan Putun və Ruhani qarşısında ÜÇ ŞƏRT

Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün qurulan Astana formatının memarları olan Rusiya, Türkiyə və İran prezidentləri Soçidə görüşəcək.

AzerTaym.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriyada siyasi tənzimlənmə prosesinə keçidlə bağlı müzakirələr aparacaq.

Hər üç ölkə siyasi tənzimlənmə prosesinə keçidlə bağlı işə başlamaq üçün lazımın şəraitin yarandığı mövzusunda həmfikirdirlər. Ölkələr Suriyanın ərazi bütövlüyünü dəstəkləsələr də, “Yeni Şəfəq”in yazdığına görə, istifadə ediləcək üsullarla bağlı bəzi fikir ayrılıqları var. Bu baxımdan, Türkiyənin üç şərtinin olduğu bildirilir.

1. Bütün tərəflər terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün təhdid olduğu və qanuni tərəf kimi tanınmasının mümkünsüz olduğunu qəbul etməlidir. Türkiyənin narahatlığı ilk növbədə, PKK terror təşkilatının Suriya qanadı olan PYD ilə bağlıdır. Suriya xalqlarının taleyini müəyyən etmək üçün keçirilməsi planlaşdırılan “Suriya Xalqları Konqresi”nə PYD-nin qatılması Türkiyə tərəfindən qəti şəkildə rədd edilir.

2. Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalı terror təşkilatlarından təmizlənməlidir.

3. Üçüncüsü isə Bəşər Əsəd rejiminin gələcək Suriyanın idarəçiliyində iştirakı məsələsidir. Ankaranın mövqeyi bundan ibarətdir ki, müxalifətin maraqları gözardı edilməməlidir.

Bundan başqa, Türkiyə Afrin məsələsində də müttəfiqlərindən anlayış gözləyir.






Fikirlər