İki xanım deputat yenidən namizəd olacaq

İki xanım deputat yenidən namizəd olacaq

Milli Məclisin bitərəf deputatları Əminə Ağazadə və Ülviyyə Ağayeva növbəti parlament seçkiləndə iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatların özləri məlumat verib.

Əminə Ağazadə 62 saylı Kürdəmir seçki dairəsində namizədliyini irəli sürəcək. O, bundan əvvəl də Kürdəmirdən deputat seçilib.

Ülviyyə Ağayeva isə 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd olacaq. Xanım deputat V və VI çağırışda da parlamentdə mandat qazanıb.






Fikirlər