PAŞİNYAN NİYƏ QADINLARI BAŞINA TOPLAYIR? – Güc strukturlarına da zərif cinsin nümayəndələri təyin edilir

Ermənistan hökumətində istefalar ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Yüksək çinli məmurlar-hansı ki, onların əksəriyyətini Baş nazir Nikol Paşinyanla uzun illərin dostluq münasibətləri bağlayır, istefaya göndərilməsinin səbəblərini açıqlamırlar. Artıq hökumət postlarına təyinatlar da həyata keçirilir.

 

 

Politoloq Fərhad Məmmədov Paşinyanın məmurları və Ali Məhkəmənin rəhbərini avtoritar qaydada vəzifələrindən uzaqlaşdırmasına müqavimətin olmamasına diqqət çəkir. Bildirir ki, bu amil Ermənistanın güc piramidasında hər şeyin Baş nazirə necə bağlı olduğunu nümayiş etdirir.

Politoloq “Bu qədər məmur niyə işdən çıxarıldı” “Vəzifələrini yerinə yetirə bilmirdilər” “Onların fəaliyyətində qanun pozuntuları varmı” suallarının cavabsız qaldığını qeyd edir: “Daxili İşlər Nazirliyinə rəhbər təyinatından sonra Ermənistan hökumətində maraqlı mənzərə yaranır. İqtidarın qadın tərkibi əhəmiyyətli dərəcədə artır:

- Janna Andreasyan - təhsil, elm, mədəniyyət və idman naziri

- Anna Vardapetyan - Ermənistanın Baş prokuroru

- Kristinne Qriqoryan - Xarici Kəşfiyyat Xidmətinin rəhbəri

- Srbuhi Galyan - ədliyyə naziri

- Arpin Sarkisyan - daxili işlər naziri.

Digər vakant yerləri kimin tutacağı hələ tam bəlli deyil...”

Ekspert vurğulayır ki, qadınlar Qərbə, xüsusən də ABŞ-yə maraqlı olan mövqeləri tuturlar. Onun sözlərinə görə, ABŞ və Aİ-ni maraqlandıran və Qərbin islahatlara sponsorluq etdiyi sahələr rəhbərliyində qadınların göründüyü yerdir. “Bütün bunlar ABŞ-nin Ermənistandakı səfirinin də görkəmli nümayəndəsi olduğu Bayden administrasiyasının təbliğ etdiyi sol-liberal qarışıqlığa nə dərəcədə uyğundur”, - o sual edir.

Politoloq deyir ki, polis sistemində islahatlar, xidmətin nazirliyə çevrilməsi, logistika və struktur islahatları - hamısı ABŞ səfirliyinin iştirakı və göstərişi ilə olub.

“Beləliklə, Paşinyanın qərarının motivləri həm daxili, həm də xarici siyasətin prioriteti (ABŞ və Fransa) kontekstindədir. Nə olursa-olsun, Paşinyanın güc strukturu və komanası bir siqnal aldılar ki, şəxsi sədaqət və fəaliyyətin nəticələri vəzifənin saxlanmasına zəmanət ola bilməz. Siz başa düşməlisiniz ki, Ermənistan məmur, onun ailələləri və ətrafı ilə əlaqədən kənarda qalan kiçik bir ölkədir... Məsələn, Gümrü merinin vəzifəsindən uzaqlaşdırılmasından sonra onun oğlu, Ermənistanın İraqdakı səfiri dərhal geri çağırıldı... Məmurların "yarpaq tökümü"nü anlamaq üçün təyinatları izləyəcəyik. Bu, bizə "yarpaq tökümü"ndə maraqlı olanların niyyətini anlamağa kömək edəcək”, - F.Məmmədov qeyd edib.






Fikirlər