LAVROV: “DUMADA KİMYƏVİ HÜCUM OLMAYIB”
Moskvanın Dumada kimyəvi silah tətbiq edilməsi ehtimalının qurma olduğunu sübut edən təkzibolunmaz sübutları var. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlama verib. Nazirin sözlərinə görə bu işdə “rusofobiya kampaniyası”nın ön sıralarında olmağa can atan bir ölkənin xüsusi xidmət orqanlarının əli var. Nazir həmçinin Kimyəvi silahın qadağan olunması Təşkilatının ekspertləri artıq Suriyanın Duma şəhərində araşdırma aparmaq üçün yola çıxdığını bildirib. Onların sabah səhər saatlarında Dəməşqə enəcəkləri və oradan birbaşa Duma şəhərinə yollanacaqları bildirilir. Nazir rusiyalı ekspertlərin heç bir sübut tapmadıqları ərazilərdə digər ekspertlərin də heç bir sübut tapa bilməyəcəyini qeyd edib. Qeyd edək ki, mart ayının 7-də Suriyanın Şərqi Quta əyalətinin Duma şəhərində kimyəvi hücum olduğu ilə bağlı martın 8-də bir çox qeyri-hökumət təşkilatları bəyanat verib. ABŞ tərəfi isə bunu təsdiqləyərək Suriya ərazisinə bir sıra zərbələr endirib. Bundan sonra Rusiya tərəfi ərazidə yoxlamalar keçirdiyini və heç bir kimyəvi silah tətbiqi ilə bağlı izə rast gəlmədiklərini bildiriblər. Bunun ardınca Ümumdünya Səhiyyə Təşkilatı əraziyə andirilən zərbələr nəticəsində 70 nəfərin öldüyü onların da 43 nəfərində kimyə zəhərlənmədəki simptompalırn müşahidə olunduğunu bundan əlavə daha 400 nəfərin bu sinptomlarla xəstəxanalara müraciət etdiyini bildirib. Təşkilat əraziyə humanitar yardım və hadisənin miqyasını məyyənləşdirmək üçün təcili olaraq əraziyə buraxılmağı tərəflərdən tələb edib.