Əsədi öz generalı satdı: Silahlar ORDA GİZLƏDİLİB

Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib.

Axar.az xəbər verir ki, bunu “Teleqraf” qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalı Zaher əs-Sakat söyləyib.

Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Xüms yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb.






Fikirlər