ABŞ-dan İrəvana ŞOK TƏLƏB, ilkin mərhələdə 5 RAYON… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-dan İrəvana ŞOK TƏLƏB, ilkin mərhələdə 5 RAYON… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Ermənistan parlamenti noyabrın 1-də baş naziri seçmək üçün xüsusi iclas keçirəcək. Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq. İran sanksiyalarölkənin siyasətini dəyişdirməyəcəyini bəyan edib. ABŞ ordusu “Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Azərbaycan XİN-dən verilən məlumata görə, bəyannamədə nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayır, regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər.

 

Azərbaycan, Türkiyə və İran İstanbul Bəyannaməsini imzaladı

 

İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər. Görüşdə Paşinyan ATƏT-in Minsk qrupunun beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format kimi vacibliyini vurğulayıb.

Tərəflər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanla görüşü və orada əldə olunan razılaşmalara dair fikir mübadiləsi aparıblar.

Ermənistan parlamenti noyabrın 1-də baş naziri seçmək üçün xüsusi iclas keçirəcək. Bu barədə parlamentin aparat rəhbərinin müavini Tatul Soqomonyan deyib.

Xatırladaq ki, oktyabrın 24-də Ermənistan parlamenti baş naziri seçə bilməmişdi.

Ermənistan konstitusiyasına görə, baş nazirin seçilməsi üçün təkrar səsvermə ilk səsvermədən 7 gün sonra keçirilir. İkinci səsvermədə də seçki baş tutmasa, parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Baş nazir postuna yeganə namizəd olan Nikol Paşinyan parlamentdə seçilməməyi və qanunverici orqanda üstünlüyü əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini planlaşdırır.

Ermənistam parlamentinin 3 deputatı baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Botonun regiona səfəri, xüsusilə Ermənistanda “Dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qələbə qazanacaqsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində daha qətiyyətli və həlledici addımlara təşəbbüs etmək üçün yaxşı imkan olacaq” açıqlamasını verməsi, həmçinin, İrəvanın Tehranla münasibətlərə son qoymasını tələb etməsi işğalçı ölkədə ciddi narazılıq və təşvişlə qarşılandı.

İrəvanda ABŞ-ın Ermənistanı öz maraqlarına qurban verəcəyi haqqında danışılır.

Erməni siyasi şərhçi Romella Mnasakanyan yazır ki, Boltonun açıqlaması ABŞ üçün öz maraqlarının hər şeydən üstün olduğunu bir daha göstərdi.

 

Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana GÖZLƏNİLMƏZ TƏLƏB

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından konstruktiv dialoqun bərpası üçün Rusiya, Türkiyə və İranın prosesdə iştirakı əhəmiyyətlidir”. Bu barədə Rusiyada “Avrasiyaçılıq Hərəkatının” lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin deyib.

 

Kremlin ideoloqu Qarabağ razılaşmasının SENSASİYALI DETALLARINI AÇDI

 

“Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək. Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin kədərli nəticələri olur”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən, Ermənistan rəhbərliyini ABŞ silahını almağa dəvət etməsini şərh edərkən deyib.

 

Rusiya Ermənistana MEYDAN OXUDU: Əgər ABŞ-dan silah alsanız...

 

Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq.Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Fəratın şərqində terror strukturunun yaradılmasına icazə verməyəcəyik, biz onu addım-addım təmizləyərək dağıdacağıq. Bu istiqamətdə hazırlıqları tamamladıq. Bir gecə qəfil gələ bilərik”, - Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Fəratın şərqində təhlükəsizlik zonasını yaratmaq niyyətindədir.

Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.

“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.

 

Müharibə variantına 5 GÜN QALDI - Nazir AÇIQLADI

 

ABŞ ordusu “Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında deyilir.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, genişmiqyaslı təlimlər Şimali Atlantika İttifaqının tərkibinə daxil olan ölkəyə və başqa dövlətlərə potensial rəqibin hücumlarını aşkarlamağa və qarşısını almağa yönəlib. Qeyd edilir ki, təlimlər zamanı xüsusi diqqət raket əleyhinə müdafiə sistemlərinə ayırılacaq.

Genişmiqyaslı təlimlərdə ABŞ-dan başqa, Böyük Britaniya, Kanada, Avstraliya, Danimarka və Cənubi Koreya iştirak edəcək.

 

Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “QLOBAL FIRTINA”

 

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsinə qarşı çıxıb. Partiya lideri bu haqda “Sülh və təhlükəsizliyin yeni strategiyası” milli forumunun gedişatında bildirib.

“Nə Donetsk, nə də Luqansk vilayətinə heç bir xüsusi status vermək lazım deyil. Bizə başqa strategiya lazımdır, bizə Ukraynadakı bütün icmalara mümkün səlahiyyətləri və azadlığı verəcək yeni konstitusiya lazımdır. Bu konstitusiya Ukraynanı unitar dövlət etməlidir. Heç vaxt heç bir federalizm olmayacaq”, - siyasətçi vurğulayıb.

O xatırladıb ki, “Batkivşina” Donbasın xüsusi statusu haqqında qanunun uzadılmasına qarşı səs vermişdi. Timoşenkonun sözlərinə görə, bu, dondurulmuş münaqişə formasıdır və ərazilərdən qismən real imtinadır.






Fikirlər