TQDK ÇOXİLLİK ƏNƏNƏNİ NİYƏ POZUR? – “Təhsil Nazirliyi təzyiq edir”

Mikayil

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il çoxillik ənənəni pozaraq, “Tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi statistik təhlili” adlı kitabı dərc etdirməyib. TQDK hər il bu kitabı dərc etdirir və onun xüsusi təqdimat mərasimini keçirirdi. Belə görünür ki, TQDK rəhbərliyi hansısa səbəblərdənsə kitabın çapını dayandırmağa məcbur olub.

Məlumata görə, bu təhlili kitabın dərc olunması və onun təqdimatının keçirilməsində Təhsil Nazirliyinin rəhbərliyi maraqlı deyil. Başqa sözlə, məktəblərin nəticələrinin ictimailəşdirilməsini gərəkli saymırlar. Bu isə formalaşmış bir ənənənin pozulması deməkdir. Təhsil Nazirliyinin rəhbərliyi yaxşı bilir ki, kitabın çapı təhsil sistemini tənqid etməyə yol açır. Elə bu səbəbdən də TQDK rəhbərliyi Təhsil Nazirliyinin təzyiqlərinə tab gətirə bilməyib.

Qeyd edək ki, bu 2 qurum arasında həmişə “soyuq müharibə” olub. Hətta Misir Mərdanovun təhsil naziri işlədyi vaxtlarda bu qurumların rəhbərləri bir-birilərini açıq təhqir etməkdən belə çəkinmirdilər. Moderator.az saytı qeyd edir ki, TQDK ilə Təhsil Nazirliyi arasında münasibət, elə Misir Mərdanovun vaxtındakı kimidir. İndi, sadəcə olaraq, münaqişə ictimailəşdirilmir.

 






Fikirlər