DÜNYADA ƏN QƏRİBƏ HƏBSXANALAR — FOTOLAR
Həbsxana, dəmir barmaqlıqlar deyiləndə ağıla ilk olaraq çətinlik, şəraitsizlik və hətta işgəncə belə gəlir. Lakin dünyada elə yerlər var ki, onları həbsxana adlandırmaq çox çətindir. Norveç, Boston həbsxanası Bu həbsxanada nə tikanlı məftillər, nə də qəddar nəzarətçilər var. Onun əvəzinə ərazidə bir neçə çimərlik, tennis meydançası və sauna görə bilərsiniz. Məhbuslar burada öz şəxsi evlərində yaşayırlar. Onların hər birinin işi var hansı ki, saat 8:30-dan 15:30-a qədər orada olmalıdırlar. Bu işdə məhbuslar gündəlik 10$ qazanırlar.
Norveç, Xalden həbsxanası Hər kameranın öz qonaq otağı, plazma televizoru var. Məhbuslar həmçinin məşq zallarından istifadə edə, furtbol oynaya, hətta səsyazma studiyasında mahnı da yazdıra bilərlər. Bu həbsxana gözəl imkanlarına görə dünyanın ən yaxşı həbsxanaları sırasındadır.
İngiltərə, Ülyahəzrət Ansvort həbsxanası Burada təlim-tərbiyə və təhsil kursları fəaliyyət göstərir. Hətta iki kolleclə müqaviləsi olan Ansvort həbsxanasında idman və iki böyük məşq zalı belə mövcuddur. Ən maraqlısı isə məhbusların burada öz radio stansiyalarının olmasıdır.
İslandiya, Aranxues həbsxanası Bu həbsxana öz imkanları ilə sözün əsl mənasında təəccübləndirməyi bacarır. Belə ki, məhbuslar burada öz ailələri ilə birgə yaşaya bilirlər. 36 ailə kamerası olan bu həbsxanada uşaqlar azaddırlar və gözəl şəraitdə, əsil ailə mühitində böyüyürlər. Məqsəd isə uşaqların valideyn yoxluğunu hiss etməməsidir.
Flippin Sebu həbsxanası Bu həbsxana bir çox teleşouları kölgədə qoyan əyləncələr təqdim edir. Sadəcə fərq ondadır ki burada pop musiqi altında narkomanlar, cinayətkarlar rəqs edir. Bu cür çıxışların video görüntüləri internetdə böyük marağa səbəb olub. Həbsxana rəhbərliyi bunu tərbiyə üsulu kimi dəyərləndirir. Qeyd edək ki, məhbuslar bu cür çıxışlara görə pul alırlar, hətta onlardan bəziləri artıq internet portallarında populyarlıq qazanıblar.
Böyük Britaniya, Sark Prison həbsxanası Bu kiçik həbsxana 1856-cı ildə tikilib və dünyanın ən kiçik həbsxanasıdır. Burada cəmi iki insan yerləşə bilir. Bir neçə gün qaldıqdan sonra məhbuslar buradan başqa yerə göndərilir.
İsrail İsraildə isə həbsxana sisteminə yenilik gətirilib. Bu ölkədə yaxşı həbsxanaya düşmək üçün imtahan vermək lazımdır. Müvafiq komissiyanın təyin etdiyi həkim-psixiatr burada həlledici rol oynayır. Bu cür imtahana öncədən hazırlıq tələb olunur.
Boliviya, San Pedro həbsxanası 1500 məhbusu olan bu həbsxana kənardan kiçik şəhəri xatırladır. Küçədə klublar, mağazalar və hətta otel belə fəaliyyət göstərir. Nəzarətçiləri isə çətinliklə tapmaq mümkündür. Bu qeyri adi həbsxananı digər həbsxanalardan fərqləndirən özəlliklərindən biri məhbusların burada pul qazanması və özlərini təmin etmələridir.
Finlandiya, Suomenlinna həbsxanası Buraya vətəndaşlar qarşısında yüngül günahı olan məhbusların göndərildiyi həbsxanadır. Onlar tarixi abidənin ərazisində təmizlik işləri ilə məşğul olur və qalanı səliqə-səhmanda saxlayırlar.
Meksika, (Cereso Chetumal) həbsxanası Bu həbsxana ərazisində əsl boks meydançası mövcuddur. Məhbusların aralarında narazılıq yaranan zaman onlara boks əlcəkləri verilir və mübahisəni rinqdə həll etməyə şərait yaradılır. Adətən bir neçə rinqdən sonra yaranan problem həll olunmuş olur. Burada 1100 məhbus olmasına baxmayaraq şərait yaxşıdır və həbsxana idarəetmə proqramı və dadlı yeməkləri ilə məşhurdur. Buranın unikallığını göstərən özəlliklərindən biri isə son 10 ildə bir dəfə belə olsun zorakılıq halının baş verməməsidir. Burada məhbuslar rəsm və sənətkarlıqla məşğul olur, öz əl işlərini isə turistlərə satırlar.