Ərdoğanın qızının toyu barədə maraqlı detallar –DAVUDOGLU NİGAH ŞAHİDİ OLACAQ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının toy mərasimiylə bağlı maraqlı detallar üzə çıxıb. Türkiyə mətbuatı xəbər verir ki, Sümeyyə Ərdoğanla Selçuk Bayraqdarın mayın 14-də bağlanacaq nikah mərasiminə 6 min nəfər dəvət olunacaq. Nikah şahidləri arasında Baş nazir Əhməd Davudoğlu da yer alacaq.Sadə nikah dəvətnaməsində gül və çələng göndərmək istəyənlərdən bunun əvəzində Türkiyə Silahlı Qüvvələrinin Əsgər Fonduna, TSQ Həmrəylik Fonduna və Türk Polis Təşkilatının Gücləndirmə Fonduna dəstək verməkləri xahiş olunur.Nikah mərasimində Sümeyyə Ərdoğan və Səlcuq Bayraqdarla bağlı video rolik nümayiş etdiriləcək. Mini sənədli film şəklində hazırlanan rolikdə gəlin və bəyin uşaqlıq vaxtlarından bu günə qədər olan fotoları, yaxın dostlarının və ailə üzvlərinin onlar haqqındakı fikirləri yer alacaq.