Bu kənddə ORUC VAXTI 3,5 saat davam edir

Bu kənddə oruc vaxtı 3,5 saat davam edir

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə, ətrafı sərt qayalarla əhatələnmiş Vəkan kəndində günəş saat 11:00-da doğub, 14:30-da batır.

Türkiyə KİV-ləri məlumat verir ki, bu kənd Omanda yerləşir.

Bu il Ramazan ayı Yerin şimal yarımkürəsində ən uzun günlərə müvafiq gəlib.

Oruc tutma müddəti Türkiyədə 17, Skandinaviyada 22 saatı aşıb. Ərəb Yarımadasının şimalında yerləşən Omanın Vəkan kəndinin sakinləri isə orucluq müddəti ilə bağlı qərarsız qalıblar. Çünki ətrafı yüksək, sərt dağlarla sarılmış kənddə günəş saat 11:00-da doğub, 14:30-da batır.

Kənd camaatının bir hissəsi imsak və iftar vaxtlarını ölkədə müəyyən edilmiş saatlara əsasən, digər hissəsi isə kənddəki şəfəq və günbatımı vaxtlarına görə tutulmalı olduğunu düşünürlər.






Fikirlər