Hitlerin şalvarı hərracda 62 min avroya satıldı - MARAQLI

AzerTaym.az Moderator.az-a istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində həftə sonu təşkil edilən mübahisəli hərracda nasist liderlərinin əşyaları yüksək qiymətlərə satılıb.

"Hermann Historica" da təşkil edilən hərracda Adolf Hitlerin corabından köynəyinə, Göringin alt paltarından, Eva Braunun paltarlarına qədər John K. Lattimere aid kolleksiyada yer alan 169 parça nasist əşyası təxminən 900 min avroya alıcı tapıb.
Hərracda nasist lideri Adolf Hitlerin 1940 - cı ildə Fransada geydiyi boz rəngli forma pencəyi 275 min avroya satılıb. Hitlerə aid bir şalvar isə 62 min avroya alıcı qazanıb. Hərracda Hitlerin 1929-cu ilə aid it vergisi qəbzi 3 min 300 avroya, 20 iyul 1944-cü ildə çəkilən başının rentgeni 21 min avro müqabilində pərəstişkarlarına verilib.
Digər millətlərdən üstün Alman irqini yaratmaq üçün ölkəsinə və dünyaya böyük ağrılar yaşadan Adolf Hitlerin uşaqlarla çəkdiyi fotoşəkillər də ortaya çıxıb. Kiçik uşaqlarla təbliğat məqsədli pozalar verən Hitlerin ölümünə səbəb olduğu insanların sayı milyonlarladır.

 






Fikirlər