Eldar Mahmudovun açdığı SAYTLAR bağlanıb
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilən saytlar fəaliyyətini dayandırıb. AzerTaym.az xəbər verir ki, bu haqda məlumatı Azadliq.info yayıb. Xəbərdə bildirilir ki, həmin saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra qapadılıb. Məlumatda deyilir ki, həmin saytları bağlamazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb. Onlardan saytları dərhal bağlamaq tələb olunub. Eyni zamanda onlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq.