Fövqəladə vəziyyətin elan olunduğu Türkiyədə yeni qərarlar verilib. Bizimyol.info xəbər verir ki, şəxsiyyət vəsiqəsi olmadan küçəyə çıxanlar cərimələnəcək, şübhəli şəxslər 1 aydan 6 aya qədər həbs edilə biləcək.
AzerTaym.az bizimyol-a istinadən xəbər verir ki, TBMM-də qəbul edilmiş 3 aylıq fövqəladə vəziyyət elan edilməsi qərarından sonra 5326 nömrəli Qəbahətlər qanununa əsasən bəzi cəzalar tətbiq ediləcək.
Yeni qaydalara əməl etməyənlər aşağıdakı siyahıdakı kimi cərimələnəcəklər:
Üzərində şəxsiyyət vəsiqəsi olmayan şəxsə - 219 TL
Şəxsiyyətini gizlətməyə çalışana - 105 TL
Üzərini, maşınını və ya evini axtarmağa icazə verməyənə - 219 TL
Söz, yazı, şəkil, film, val, görüntü lentləri və səslə aparılan hər cür yayıma görə - 219 - 6 732 TL
Hər cür səhnə oyunları və göstərilən filmlərə görə - 219 - 6 732 TL
İcazəli olmasına baxmayaraq hər cür silah və güllələrin üzərində gəzdirilməsi və ya nəqlinə görə - 105 TL
Qapalı və açıq yerlərdə keçiriləcək görüş və şou yürüşlərinə görə - 219 - 6 732 TL
Bundan əlavə konstitusiyanın 120-ci maddəsinə görə, fövqəladə vəziyyət elan edilmiş dövr ərzində qaydaları pozanlara həbs cəzası da verilə biləcək. Qaydaları pozanlar 1 aydan 6 aya qədər həbs edilə bilərlər.
Türkiyəyə səyahət edən vətəndaşların ümumvətəndaş pasportlarını yanlarında daşıması məsləhət görülür.