64 il TAXTDA OTURAN QADIN: kraliçanı bizdən nə fərqləndirir? - 6 MARAQLI FAKT
Böyük Britaniyanın Şekspir, Big Ben, The Beatles kimi simvollarından biri də kraliça II Yelizavetadır. Onun rəsmi qəpiklər üzərində əks olunur, ona himnlər, mahnılar həsr edilir.
Bəs böyük bir ailəyə sahib bu qadını digər insanlardan fərqləndirən cəhətlər nələrdir?
AzNews.az yalnızca II Yelizavetanın edə biləcəyi 6 fəaliyyəti təqdim edir:
1. Şəxsi bankomatdan pul götürmək.
Bukingem sarayında yaşamaq və hər gün onun 700 otağını gəzişmək haqlı olaraq həsəd doğurur. Lakin yalnız səhər bankdan lazımi pulu çəkmək üçün banka doğru böyük yol qət edənlər öz şəxsi bankomatına yaxınlaşıb pul çəkməyin nə qədər rahat olduğunu anlaya bilərlər.
II Yelizaveta bu imkandan yararlana bilər. Belə ki, onun iqamətgahının birinci mərtəbəsində bu tip bankomat dayanır. Düzdür, nəğd pulun ona niyə lazım olduğu da maraq doğurur, lakin fakt faktlığında qalır.
2. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmək
17 yaşı tamam olduqdan və sürücülük vəsiqəsi aldıqdan sonra sükan arxasına əyləşə bilən bütün həmvətənlərindən fərqli olaraq kraliça lazımsız rəsmiləşdirmə olmadan maşın idarə edə bilir. O, sürücülük vəsiqəsi olmadan maşın sürmək haqqına malik yeganə insandır.
Birləşmiş Krallıqda vəsiqələr insanlara kraliçanın adından verilir. İnsanın özünə sükan arxasına keçməyə icazə verməsi əlbəttə ki, qəribə görünərdi. Elə bu səbəbdən də kraliçanın maşını dövlət qeydiyyat nişanı olmadan idarə edilə bilər.
3. Sənədsiz səyahət etmək
Sürücülük vəsiqəsi kraliça üçün lazımsız olan yeganə sənəd deyil. Kraliçaya pasport elə sürücülük vəsiqəsi kimi lazımsızdır. Bu da elə eyni səbəblə bağlıdır. Belə ki, pasport da vətəndaşlara kraliçanın adından verilir. Lakin kraliçanın varisi Çarlz da daxil olmaqla bütün ailə üzvləri səyahət etmək üçün pasportlarını üzərində götürməlidirlər.
Yeri gəlmişkən, Yelizaveta məhz səyahət zamanı kraliça olub. Belə ki, 1952-ci ilin əvvəlində Yelizaveta və əri Filip Avstraliya və Yeni Zelandiyaya səyahət edərkən Yelizavetaya atası VI Georgun vəfat etdiyi və özünün taxta çıxacağı barədə məlumat verilib.
4. Ad gününü ildə 2 dəfə qeyd etmək
Kraliça 1926-cı il aprelin 21-də anadan olub. Bu gün o, bütün insanlar kimi dünyaya gəldiyi günü qeyd edir. Bununla yanaşı kraliçanın iyunda qeyd etdiyi rəsmi gün - Kraliçanın doğum günü var.
Monarxın dünyaya gəldiyi rəsmi günün yayda qeyd olunmasının səbəbi isə İngiltərədə yayın ilin digər fəsillərinə nisbətən daha gözəl havaya malik olmasıdır. Həmin vaxt yağışın rəsmi mərasimin keçirilməsinə mane olmaq şansı çox kiçikdir.
5. Cinayət məsuliyyətinə cəlb oluna bilməz
Kraliçanı həbs etmək olmaz, onun barəsində cinayət işi və ya məhkəmə araşdırması başlatmaq olmaz. Səbəb isə çox sadədir: həbslər kraliçanın adından həyata keçirildiyi üçün onu elə özünün adından həbs etmək mümkünsüzdür. Bundan əlavə, kraliça elə eyni səbəbdən məhkəmədə şahid olmamalıdır.
Yeri gəlmişkən qeyd edək ki, kraliçanın qanunla arası çox yaxşıdır. Başqalarından fərqli olaraq vergi ödəmək məcburiyyəti olmayan kraliça 1992-ci ildən könüllü olaraq büdcəyə vergi ödəyir.
Kraliça və onun ailə üzvlərinə qarşı informasiyaya sərbəst çıxış haqqında qanun tətbiq olunmur. Bu isə o deməkdir ki, onun heç bir sirri geniş ictimaiyyətə məlum olmayacaq.
6. Bütün Avstraliya hökumətini istefaya göndərə bilər
Təbii ki, o, bunu etməz. Lakin texniki olaraq kraliça bunu edə də bilər.
Aydan AXUNDOVA