İkinci Yelizevata ən yaşlı monarx oldu

İkinci Yelizevata ən yaşlı monarx olduİnterpress.az xəbər verir ki, Britaniya kraliçası İkinci Yelizaveta Səudiyyə kralının ölümündən sonra dünyanın ən yaşlı monarxı sayılır.

Səudiyyə Ərəbistanının kralı Abdulla ben Abdel Əzizi əl-Saud 91 yaşında ölüb və İngiltərə kraliçasından 2 yaş böyük olub. Yelizavetanın bu ilin aprelin 21-də 89 yaşı tamam olacaq.
Ondan sonra 87 yaşlı Malaziya sulatnı Abdul Həlim Muadzam Şah və Tailand kralı Pumipon Adulyadet gəlir.

“The Telegraph” qəzetinin yazdığına görə, İkinci Yelizaveta bu il taxta oturma müddətinə görə rekord qıra bilər. Hələ ki, bu Kraliça Viktoriyaya məxsusdur. O ölkəsini 63 il idarə edib. 1837-ci ilin iyunun 20-dən 1901-ci ilin 22 yanvarına qədər. Bu rekordu qırmaq üçün 1952-ci ilin fevralın 6-dan taxtda olan İkinci Yelizavetaya bu ilin sentyabrın 10-a qədər kraliça kimi idarə etməsi lazımdır.






Fikirlər