Şəxsiyyət vəsiqəsi ilə bağlı daha dəyişiklik oldu - QƏRAR

 

 
Nazirlər Kabineti "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında” 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.
 
Strateq.az xəbər verir ki, qərara əsasən, 2015-ci il dekabrından etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməli idi.
 
Eyni hüquqlar ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağına da aid edilir.
 
Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına qayıdış şəhadətnaməsinin verilməsinə 2015-ci ilin dekabrından başlanılması təxirə salınıb. Bu cür şəhadətnamənin verilməsinə 2017-ci il yanvarın 1-dən başlanacaq. Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil, elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2017-ci yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.






Fikirlər