Azər Tağıyev tanınmış vəkili HƏBS etdirir -SAVAŞ BÖYÜYÜR
Azərbaycan telekanallarının ulduzuna çevrilən və bir neçə gün əvvəl vəkillik fəaliyyəti dayandırılan Şəfiqə Nağıyeva həbs edilə bilər. Bu barədə gununsesi.info-ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən biri bildirib. Məlumatda qeyd olunur ki, Şəfiqə Nağıyevanın vəkillik fəaliyyətinin dayandırılmasından sonra Azər Tağıyevi sərt ifadələrlə tənqid və ittiham etməsi kollegiya sədrini hərəkətə gətirib. Belə ki, Azər Tağıyev ayrı-ayrı zamanlarda vətəndaşların Şəfiqə Nağıyeva barəsindki şikayətlərinin toplanaraq, prokurorluğa göndərilməsi barədə göstəriş verib. Həmin şikayətlərdə isə Şəfiqə Naıyevanın vətəndaşlartda külli miqdarda pullar aldığı lakin vədlərinə əməl etmədiyi iddia olunur. Xatırladaq ki, Şəfiqə Nağıyevanın vəkil kimi fəaliyyətinin dayandırılması barədə xəbəri Gununsesi.info yaymışdı