ZAKIR Həsənovdan həmkarlarına örnək addım - Şəhidimizin borcunu ödədi
Xəbər verdiyimiz kimi, aprel döyüşlərində şəhid olan müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin çətin durumda olan atasının kredit borcu həll edilib. Şəhidimizin kredit borcunu Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun ödədiyi məlum olub.
Qeyd edək ki, şəhid Adil Adilzadə 17 erməni öldürərək qolundan yaralanıb. Ancaq buna baxmayaraq, döyüşə davam edən Adil bir neçə saat döyüşdükdən sonra düşmən snayperinin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb.(big.az)