17.07.2014- Adil Mirseyid vəfat etdi

17.07.2014- Adil Mirseyid vəfat etdiTanınmış şair, rəsaam Adil Mirseyid dünyasını dəyişib. Bu barədə ANS-ə rəssamın qızı Ayan Mirseyid xəbər verib.
Onun sözlərinə görə, uzun müddətdir xəstə olan atası bu gün keçinib.


Şair, rəssam qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi

Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyi şair, rəssam Adil Mirseyidlə bağlı göstəriş vermişdi. O, Səhiyyə Nazirliyinin tapşırığı ilə bu sahədə yaxşı mütəxəsislərin olduğu xəstəxanaya yerləşdirilmişdi.

Baxışov Adil Mirseyid oğlu (Adil Mirseyid) 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
Adil Mirseyid qaraciyər serrozundan əziyyət çəkir.


İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.






Fikirlər