Moderator.az dünyanın məşhur şəxsləri tərəfindən türk millətinin şəninə deyilən bəzi sitatları təqdim edir:
Albert Eynşteyn (Nobel mükaqfatyçısı, fizik):“Türk əsgəri cəsurdu. Vətənini sevər və bundan ötrü çəkinmədən canını fəda edər”
Napaleon Bonapart(Fransa imperatoru):”İnsanı ucaldan iki böyük məziyyət var: kişidə cəsarət, qadında namus. Bu ikisinin yanında da üçüncü bir məziyyət var ki, o da lazım olduğu anda çəkinmədən canını fəda etməkdir. Türklər də məhz bu üstünlüyə malik olan qəhrəmanlardı”
Mak Miller (alman alimi):“Türk dilini incələyərkən insan zəkasının dildə tətbiq edə biləcəyi böyük möcüzənin şahidi oldum”
Henrik Hammer (alman tarixçisi): “Tarix türklərdən çox şey öyrənib. Türklərin yaratdığı bəzi əsərlər dünya mədəniyyətinin zinətləridir”
Lord Bayron: "Qılıncı ustalıqla işlədən türkün əli, həmin qılıncın yaratdığı yaranı sarımaqda da ustadır”
Qalland (fransız müdriki): “Bir türkü anlamaq üçün mütləq onun dilini bilməlisən”
Tasso (italyan şairi): “Türklərdən bəhs edirəm: düşməninə hücum edən zaman qorxunc bir dənizə, amansız qasırğaya bənzəyən türklərdən. Türk dostunun və silahsız düşməninin qarşısında xəfif bir səhər mehidir”.
Tovsend (ingilsi generalı): “Savaşdan zövq almaq istəyən hər kəs mütləq türklərlə vuruşmalıdır”