Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Burdan öyrənin
Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər. AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub. Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər. Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün http://85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.