Baxçalı və Kılıçdaroğlunu qoruyanlar da FETÖ-çu çıxdı
Türkiyənin Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq Partiyalarının liderləri-Dövlət Baxçalı və Kamal Kılıçdaroğlunu mühafizə edən polislərin FETÖ-çulara aid “Baylok” (ByLock) adlı gizli mesajlaşma proqramından istifadə etdiyi məlum olub. Saxlanılan 170 polis əməkdaşından 2-si sözügedən siyasi liderləri mühafizə edibmiş. Qeyd edək ki, son bir neçə gün ərzində 2200 polis əməkdaşı “Baylok” proqramı istifadə etdiklərinə görə saxlanılıb.(axar.az)