“Yağıntılar nəticəsində Binəqədidə 5000 ev zərər çəkib”
“Bakıda yağıntılardan ən çox zərər çəkən evlər Binəqədidə rayonundadır”. APA-nın məlumatına görə, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib. Rayon İH başçısı deyib ki, son günlər yağıntıların yaratdığı fəsadlar nəticəsində Binəqədi rayonunda 5000 ev zərər çəkib.