Görkəmli Azərbaycan alimi Çapay Sultanovun II Cahan Savaşında faşizm üzərində qələbənin əldə edilməsində Bakı neftinin həlledici rolundan bəhs edən kitabı İngiltərədə işıq üzü görüb.
AzerTaym.az-ın məlumatına görə, Taleh Heydərovun təsisçisi və sədri olduğu Avropa Azərbaycan Cəmiyyətinin xətti ilə nəşr edilən kitabda müəllif Hitlerin və ümumilikdə bəşəriyyət üçün son yüzillikdə ən təhlükəli epidemiya sayıla biləcək nasizmin burnunun ovulmasının birbaşa Bakı nefti ilə bağlılığını konkret tarixi faktlarla sübut edir.
Çapay Sultanovun Bakı neftinin faşizm üzərindəki qələbədə həlledici rolundan bəhs edən kitabının italyanca nəştinin üz və arxa qabığı
Çapay Sultanovun Bakı neftinin faşizm üzərindəki qələbədə həlledici rolundan bəhs edən kitabının italyanca nəştinin üz və arxa qabığı
Qeyd edək ki, müəllifin İkinci Cahan Savaşına bu cür orijinal baxışı nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da böyük maraqla qarşılanır. Elə bunun nəticəsidir ki, onun sözügedən əsəri artıq rus və italyan dillərində işıq üzü görüb, yaxın vaxtlarda isə Türkiyədə nəşr ediləcək.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Azərbaycan, rus və ingilis dillərində diskləri
Xatırladaq ki, həmin kitab əsasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film də çəkilib. Çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılan filmin diskləri, ən müasir dünya standartlarına uyğun şəkildə, üç dildə - azərbaycanca, rusca və ingiliscə yayımlanıb.
Filmdə Azərbaycan neftinin faşizm üzərində qələbədəki strateji əhəmiyyətindən, müharibənin gedişindəki bir çox əsas döyüşlərdə (Moskvaətrafı, Stalinqrad və Kursk) qazanılan qələbənin həlledici faktoru olmasından bəhs edir.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin yaradıcı heyəti
Alimin verdiyi məlumata görə, bu ilin mayın 8, 9-u və 10-da “National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçirilən filmi Avropada 60 milyondan çox tamaşaçı izləyib. Əminliklə demək olar ki, belə bir uğur Azərbaycanın uzaq və yaxın tarixi üçün bir ilkdir.
İndiyədək 21 dilə çevrilən film ilk 3 ay ərzində məşhur fransız yayım şirkəti ZED-in də marağını çəkib və onun 4 beynəlxalq telekampaniya - Foxtel (Avstraliya), CİCC (Çin), TV 5 Quebec (Kanada), Historia (İspaniya) və dünyaca məşhur Discovery Channel telekanalı tərəfindən yayım hüququ əldə edilib.
Bu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin 100 milyiondan çox insan tərəfindən izlənildiyi deməkdir.
Bu sürətlə davam edərsə, əminliklə demək olar ki, o, dünyada sənədli filmlər üzrə bestsellərə çevriləcək.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Avropada izlənmə cədvəli
Film indiyədək 21 dilə çevrilib.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayiş olunduğu Avropa dillərinin coğrafiyası...
Çətin ki, Azərbaycanda hər hansı başqa bir film bu qədər geniş coğrafiyada yayılsın və bu qədər nəhəng tamaşaçı auditoriyasına sahib olsun. Hər halda bu məsələdə daha dəqiq fikri mütəxəssislər deyə bilərlər.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin dünya üzrə nümayiş etdirildiyi və nümayiş etdiriləcəyi ölkələr üzrə xəritəsi
Qeyd edək ki, Çapay Sultanovun haqqında danışdığımız filmin əsas qaynağı olan kitabını onun digər maraqlı əsərlərinin də yer aldığı www.sultanov.azeriland.com saytından oxumaq olar. Bu saytda müəllifin yaxın və uzaq tariximizin ən müxtəlif hadisələrinə dair 500-dən çox foto, qrafik və xəritə yerləşdirilib ki, onların əksəriyyəti nadir sayıla bilər. Beynəlxalq reytinq şirkəti «Stat My Web»in dünyadakı internet saytları ilə bağlı apardığı analizin sonuclarına görə azərbaycanlı alimin şəxsi internet səhifəsi sözün həqiqi mənasında xüsusi fenomenal nəticə göstərib.
Məlum olub ki, www.sultanov.azеrilеnd.com saytını hər gün 16.760 nəfər tərəfindən ziyarət edilir, bu ayda 528.000, ildə 6.336.000, yarandığı və fəaliyyət göstərdiyi 15 il ərzində isə 94.040.000 ziyarət deməkdir. Heç şübhəsiz ki, bu bir elmi sayt baxımından Azərbaycan üçün təkrarlanması mümkünsüz olan bir rekorddur.
Sözügedən beynəlxalq reytinq şirkətinin mütəxəssisləri aliminin saytının yayılma tezliyini isə bu cür dəyərləndirirlər: “Hər on dəqiqədən bir minlərlə insan Tokioda yerləşən Sibuya küçəsini keçirlər. Bu küçə dünyada ən çox istifadə olunan yolayrıcıdır. Əgər siz www.sultanov.azeriland.com saytının gündəlik izləyicilərinin sayını təsəvvür etmək istəyirsinizsə, məhz adıçəkilən küçədə axşam vaxtı – ”pik saatı"nda dayanın. Bu göstəricinin 15 min nəfərə çatması realdır. Bu, sözügedən sayta gündəlik daxil olmalar barədə vizual təsəvvür yarada bilər".
“Hər on dəqiqədən bir minlərlə insan Tokioda yerləşən Sibuya küçəsini keçirlər.”
Araşdırmanın müəllifləri eyni zamanda www.sultanov.azeriland.com saytına daxil olmaların intensivliyinin “demoqrafik modelini” də təqdim ediblər. Məlum olub ki, internetə daxil olan hər 125.000 nəfərdən biri www.sultanov.azeriland.com saytının izləyicisidir.