Bozaçıyanın yumurtalarını Azərbaycana kim buraxır? – Baytarlıq Xidməti susur!

bitmap-img6

Artıq iki gündür ki, ölkə mediasında Azərbaycanın quşçuluq müəssisələrinin bir çoxunun damazlıq yumurtanın əhəmiyyətli hissəsini ortaqları erməni olan “Emre Piliç” şirkətindən alması ilə bağlı müzakirələr gedir

 

Qeyd edək ki, bu fakt hələ ötən il ortaya çıxıb. 
Ölkə mediası Türkiyədəki mənbələrə istinadən “Emre Piliç” şirkətinin ortaqlarından ikisinin milliyətcə erməni olduğuna dair məlumatar yayıb. Bunlar Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyandır. Onlardan başqa Ömər Oral, Ömür Oral, Onur Oral, Mert İbrahim Daştan və Seyhan Davutoğlu Daştan “Emre Piliç”in səhmdarlarıdır. Şirkətin Azərbaycandakı biznesni Ömür Oralın idarə etdiyi və bu erməni ortağının müəyyən adamların dəstəyilə Bakıda neft biznesinə də girişmək niyyətində olduğu bildirilir. 
Ömür Oral 
“AzPolitika.info”nun araşdırmaları zamanı məlum olub ki, bu fakt ortaya çıxdıqdan sonra “Emre Piliç”dən damazlıq yumurta və cücə alan quşçuluq təşərrüfatlarının bir çoxu həmin şirkətlə əməkdaşlıqdan imtina edib. Hətta buna görə “Emrə Piliç” onların bəzilərini məhkəmə ilə hədələyərək, bağlanmış müqavilənin yerinə yetirilməsini tələb edib. Bəzi müəssisələr bu təhdidə boyun əyməsə də, əməkdaşlığı davam etdirməkdə maraqlı olanlar da tapılıb. Ancaq bu dəfə əməkdaşlığın formatı bir qədər dəyişib.
Omer oral01Ömər Aral
“Emrə Piliç”in türk və erməni ortaqları Azərbaycandan gələn külli miqdarda qazancdan məhrum olmamaq üçün, necə deyərlər, hiyləyə əl atıblar. Belə ki, “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin adının olmadığı yeni şirkətlər – “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Bununla da, bir növ Azərbaycandan olan tərəfdaşlarının ermənilərlə işbirliyində olması faktını pərdələmiş olublar.
Ancaq bu, ölkədən damazlıq yumurta və cücə almaq üçün çıxarılan milyonlardan “Orallar” və “Qaranti”nin faktiki sahibləri Arto Sevan Oskayanın və Andranik Raffi Bozaçıyanın da pay alması faktını dəyişmir.
Başqa sözlə, Azərbaycanın bəzi quşçuluq müəssisələri bilərəkdən erməni iş adamlarının cibinə milyonlar ötürürlər. Hansi ki, bu milyonların sabah Qarabağda seperatçıların əlində Azərbaycan əsgərinə tuşlanan hansısa silaha çevrilməyəcəyinə heç bir təminat yoxdur.
Ən dəhşətlisi isə odur ki, Azərbaycanın rəsmi dövlət qurumları da buna göz yumur, görməzdən gəlməyə çalışırlar. Baxmayaraq ki, bəzi deputatlar, ictimaiyyət nümayəndələri buna sərt reaksiya verib, qarşısının dərhal alınmasının vacibliyini bildiriblər.
Ancaq quşçuluq müəssisələrinın ölkəyə gətirdiyi məhsullara nəzarəti həyat keçirən Kənd Təsərrüfatı Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məsələyə münasibətini adekvat saymaq mümkün deyil. 2 gün ərzində Dövlət Baytarlıq Nəzarəti Xidmətindən rəsmi səhmdarları arasında 2 erməninin olduğu “Emre Piliç” şirkətinin məhsullarının Azərbaycana idxalına niyə icazə verildiyi sualına konkret cavab ala bilmədik.
2 gün əvvəl “AzPolitika”nın araşdırması ilə hələ tanış olmadığını, tanış olub dəqiqləşdirmə apardıqdan sonra sorğuya cavab verə biləcəyini deyən Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli, dünən də sualımıza konkret cavab verməkdən yayındı. Sadəcə bildirdi ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəhbəri erməni olan və Ermənistanda yerləşən hər hansı şirkətə Azərbaycana məhsul gətirməyə icazə verməyib. Biz “səhmdarları arasında 2 erməninin olduğu “Emre Piliç” şirkətindən, onun törəməsi olan “Orallar” və “Qaranti”ndən hansı şirkətlərə Azərbaycana məhsul idxalına icazə verilib” sualını dəfələrlə təkrarlasaq da, hörmətli Yolçu müəllim cavab verməkdən məharətlə yayındı. Bu sualımızı bir daha mətbuat vasitəsilə təkrarlayıb, cavab gözləyirik.
maxresdefault
Eyni zamanda onu da xatırlatmağı özümüzə borc bilirik ki, sualın cavabından yayınmaq Dövlət Baytarlıq Nəzarəti Xidmətini Azərbaycandan erməni iş addamlarının cibinə axan milyonlara görə məsuliyyətdən qurtarmır. Buna görə Nəzarət Xidməti də ən azı mənəvi məsuliyyət daşıyır.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Tofiq Atazadə ötən il mətbuata açıqlamasında yerli təsərrüfatların “Emre Piliç”dən məhsul aldığını təsdiqləyiib. “Azərbaycandakı quşçuluq təsərrüfatları Türkiyənin “Emrə Piliç” şirkəti ilə əməkdaşlıq edir. Yəni quşçuluq təsərrüfatları müqavilə əsasında şirkətdən məhsul alırlar” – deyə bildirib. Ancaq T.Atazadə də şirkətlə hansı yerli təsərrüfatların əməkdaşlıq etdiyini, ölkəyə nə qədər məhsul gətirildiyini açıqlamayıb…
Qəribə də olsa, səhmdarları arasında ermənilərin olduğunu bilə-bilə onlarla əməkdaşlıq edən şirkətlərdən də hələlik konkret cavab almaq mümkün olmur. Xatırladaq ki, saytımıza verilən məlumatda bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaraqaşlı Broyler” və digərlərinin adları hallanıb.
Onlardan bəzilərinin təmsilçiləri ilə həmkarlarımız əlaqə saxlayıb. Fikirlərini saytımızda da dərc etmişik (bax: ERMƏNİ ŞİRKƏTİ İLƏ KİMLƏR ƏMƏKDAŞLIQ EDİR? – başlıqlı yazıya).
Bu gün biz də səhmdarları arasında iki erməninin olduğunu şirkətlə əməkdaşlıq edən quşçuluq müəssisələrinin bəziləri ilə əlaqə yaratmağa cəhd etdik. Ancaq heç birindən konkret cavab ala bilmədik.
“Səba broyler”in təchizat müdiri Ziya Abdullayev sualımızı eşidən kimi, heç bir cavab vermədən telefonu bir daha açmamaq şərtilə söndürdü.
“Zirə” quşçuluq təsərrüfatından Azər müəlim bildirdi ki, onlar fəaliyyətlərini dayandırdığından, hər hansı əlavə suala cavab vermək istəmir.
“Buzovna Broyler”ə olan zənglərimizə cavab verən olmadı.
 
Səhmdarları arasında 2 erməninin olduğu bildirilən “Emre Piliç” şirkəti, sonrdan isə onun törəməsi olan “Orallar” və “Qaranti” ilə daha böyük miqyaslı əməkdaşlıq qurduğu bildirilən Neftçalada yerləşən “Qaraqaşlı broyler” adlı iri quşçuluq fabrikinin rəhbərləri isə israrla zənglərimizə cavab vermirlər.
Fabrikin əsas sahibi kimi adı çəkilən Məhəmməd Hüseynova dəfərlərlə zəng etsək də, telefonu açmadı.
Rəsmi sənədlərdə fabrikin müdiri Əlirza Hüseynov (Soyadları eyni olsa da, qohumluq əlaqələrinin olmadığı deyilir –müəl.) da telefon zənglərimizə cavab vermədi.
Qeyd edək ki, dünən həmkarlarımız da onlarla əlaqə qurmaq istəyiblər, lakin sorğuya sərt təpki verərək, telefonu qapadıblar. Bu isə onların hələ də səhmdarı erməni olan şirkətlə işbirliyində olduğunu söyləməyə əsas verir. Hər halda onlardan məsələyə aydınlıq gətirmələrini gözləyirik.
Erməni şirkəti ilə əməkdaşlıqda adı hallanan digər Azərbaycan şirkətlərinin də mövqeyini öyrənməyə çalışacağıq.
Sonda xatırladaq ki, “AzPolitika” ya verilən bilgilərə görə hər il ölkəyə, təxminən, 70 milyon ədəd mayalanmış (damazlıq) yumurta idxal olunur. Hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 45-60 qəpik arasında dəyişir. Hətta daha keyfiyyətli damazlıq yumurtanın qiyməti 80 qəpiyə, 1 manata qədər yüksəlir. Bu isə hər il damazlıq yumurta idxalı üçün milyonlarla dollar valyutanın xaricə axmasına səbəb olur. Bu milyonlardan ermənilərə də əhəmiyyətli miqdarda pay çatır.
Nə qədər, bunu hələlik rəsmi orqanlar və şirkətlər gizlədirlər. “AzPolitika” məsələni araşdırmaqdadır. Sualımıza cavab tapmaq üçün Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğa da sorğu göndərmək niyyətindəyik.

 






Fikirlər