Sabahın hava PROQNOZU açıqlandı

Картинки по запросу зима gif анимация

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzerTaym .az-a verilən məlumata görə, sabah - dekabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütünundan 771 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.

Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

 






Fikirlər