Qaçqınların “çörək pulu”nun kəsilməsi xəbəri ilə bağlı- AÇIQLAMA

Qaçqınların “çörək pulu”nun kəsilməsi xəbəri ilə bağlı- AÇIQLAMA

Köçkünlərə ödənilən aylıq "çörək pulu”nun kəsilməsi xəbəri ilə bağlı açıqlama

"Biz bilmiriksə, deməli doğru xəbər deyil”
Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov işləyən məcburi köçkünlərin dövlət tərəfindən onlara ayrılan 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
İcma rəhbəri B.Səfərov açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil:
"Bu barədə heç bir məlumatım yoxdur. Biz bilmiriksə, deməli doğru xəbər deyil. Əgər bu doğru xəbər olsaydı, onunla bağlı müvafiq qərar və ya sərəncam olardı”.
Komitə də yayılan məlumata münasibət bildirib. "Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib ki, yayılan məlumatlar doğru deyil: "Yazılıb ki, Əli Həsənov qərara imza atıb. Komitə sədri bununla bağlı qərara imza atmayıb. Hazırda limitin ləğvi ilə bağlı qərar yoxdur”.
Xatırladaq ki, onlayn mediada Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun əmrinə əsasən "çörəkpulu” alan məcburi köçkün ailələriylə bağlı yeni qərarların qəbul edildiyinə dair məlumat yayılıb.
Məlumatda bildirilir ki, həmin qərara görə, artıq işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı "çörəkpulu”ndan (18 manat 15 qəpik məbləğində vəsaitdən) məhrum ediliblər.
Bundan başqa məcburi köçkünlərə kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazlar da ləğv edilib.






Fikirlər